“ABŞ Donbas, Xerson və Zaporojyedə keçirilən referendumlara cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezident Co Bayden bildirib.
“Vaşinqton və müttəfiqləri Rusiyaya qarşı sürətli və ağır iqtisadi sanksiyalar üzərində işləyəcəklər. ABŞ bu regionları Ukraynanın bir hissəsi kimi tanıyır və 0nları Rusiyanın ərazisi kimi heç vaxt tanımayacaq”, – Bayden deyib.
“Rusiya referendumları uydurmadır, BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüququ kobud şəkildə pozur. Bu, Ukraynanın bəzi hissələrini güc yolu ilə ilhaq etməyə cəhd etmək üçün saxta bəhanədir”, – ABŞ prezidenti əlavə edib.
Bayden onu da qeyd edib ki, Vaşinqton Kiyevə hərbi yardımı davam etdirəcək: “Biz Ukrayna xalqını dəstəkləməyə və Rusiya işğalına cəsarətlə müqavimət göstərdikləri üçün onlara təhlükəsizlik yardımı göstərməyə davam edəcəyik”.
Azpost.info