Oqtay Şirəliyevin müavini:"Cənab nazir hər gün işə çıxır, gərgin iş rejimində çalışır"

Dünyanı bürümüş koronavirusu Azərbaycanda da öz fəsadlarını göstərir. Bununla bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahdan yaranmış vəziyyətə dair açıqlamalar olsa da ölkənin səhiyyə nazirindən xəbər yoxdur.
Belə ki, sosial şəbəkələrdə bununla bağlı haqlı sual ünvanlayan vətəndaşlar Oqtay Şirəliyevin görünməməsini tənqid edir, başqa ölkələrin nazirlərinin fəaliyyətini nümunə kimi göstərirlər? Bəs görəsən, Azərbaycanın səhiyyə naziri haradadır və nə işlə məşğuldur?
Azpost.info-nun gununsesiaz.info-a istinadən məlumatına görə, səhiyyə nazirinin müavini Nigar Əliyeva bildirib ki, Oqtay Şirəliyev hər gün işə çıxır: “Cənab nazirimiz hər gün işə çıxır. Mövcud vəziyyətə görə gərgin iş rejimində çalışır. Özünün media qarşısına çıxmamasına gəlincə, sizin bu fikrinizi ona çatdıraram”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Sonrakı məqalə

“APA Group” Media Şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb