Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Bu günədək Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 65-dir. Koronavirusdan 1 ölüm faktı qeydə alınıb.
Azpost.info koronavirus.az rəsmi saytına istinadən bildirir ki, 23 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmayıb.

Hazırda  aktiv koronavirus xəstələrinin sayı 54 nəfərdir.

Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir.
Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmamışdır.

Ümumdünya Səhiyyə Təşkilatının 23 mart 2020-ci il tarixinə olan məlumata görə, dünyanın 187 ölkəsində 294110 nəfər koronavirusa yoluxub və xəstəlikdən 12944 nəfər vəfat edib. Xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada koronavirusa yoluxanların sayı 438-ə çatıb-

Sonrakı məqalə

Oqtay Şirəliyevin müavini: