“Ordu mənim tabeliyim altındadır” –

Paşinyan tərəfdarları ilə meydana gedir
25 Fevral 2021 - 14:22

Baş nazir Paşinyan öz tərəfdarları qarşısına çıxaraq birgə Respublika meydanına tərəf yola düşüb.

Azpost.info bildirir ki, baş nazir vəziyyətin nəzarət altında olduğunu deyib.

“Toqquşma təhlükəsi həmişə var. Amma biz razılıq əldə etməliyik. Əsas odur ki, biz hamımız sakitik. Ölkə daxilində düşmənimiz yoxdur. Amma bəzi məsələlər var ki, müzakirə olunmalıdır”.

“Ordu kimə tabedir?” sualına Paşinyan “Xalqa və Baş nazirə” cavabını verib. “Başqa variant yoxdur”.

Onun sözlərinə görə, çevriliş təhlükəsi idarəolunandır. “Mən bunu emosional reaksiya hesab edirəm”.