Ordubadda 20 il əvvəl bacısını öldürüb həyətdə basdıran şəxs tutulub

Naxçıvan Muxtar Respublikasında 20 il əvvəl bacısını qətlə yetirib, meyitini basdıran şəxs tutulub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb, həyətyanı sahədə basdırması müəyyən edilib.

Məlumata görə, E. Tarverdiyev tutularaq istintaqa təhvil verilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Əvvəlki məqalə

9 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Sonrakı məqalə

Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 52,4 faiz artıb