“Orlan” dronlarının komponentlərini Rusiyaya satan alman sahibkar həbs edildi

Almaniya hakimiyyəti Rusiya əsilli alman biznesmeni sanksiyaları pozduğuna görə həbs edib.

Azpost.info xəbər verir ki, prokurorluğun məlumatına görə, Valdemar V. adlı şəxs Ukraynada istifadə edilən “Orlan-10” dronlarının istehsalı üçün istifadə edilən hissələri Rusiyaya tədarük edirmiş.

O, Almaniyanın qərbində elektron komponentlərlə məşğul olan iki şirkətə rəhbərlik edir. 2020-ci ilin yanvarından 2023-cü ilin martına qədər hərbi texnika istehsal edən Rusiya şirkətinə “Orlan” da daxil olmaqla, ümumi dəyəri 715.000 avro olan 26 tədarük həyata keçirib.

Prokurorlar bildiriblər ki, komponentlər bu dronların tərkib hissəsidir və Rusiyaya ixracı qadağan edilən mallar siyahısına daxildir.

Sankt-Peterburq müəssisəsi tərəfindən istehsal edilən “Orlan-10” dronları müşahidə üçün nəzərdə tutulub. Rusiya Silahlı Qüvvələri tərəfindən istifadə edilən ən kütləvi yerli drondur. O, müxtəlif döyüş maşınları tərəfindən məhv edilmək üçün hədəfləri yayımlaya bilir. Həmçinin artilleriya atəşinə nəzarət üçün istifadə edilir.

Azpost.info

Əvvəlki məqalə

Putin G20 sammitində iştirak etməyəcək

Sonrakı məqalə

Sertifikasiyadan kəsilən müəllimlər MİQ-lə yenidən işə qəbul ola bilər