Orqanizm üçün ən təhlükəli çörək növü şəkər əlavə edilmiş zərif undan hazırlanan çörəkdir.
Azpost.info bildirir ki, bu barədə dietoloq İrina Pisareva Rusiyanın “Radio 1”-ə müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, tərkibində qlüten olan bu çörəklər şəkər xəstələri üçün əks təsir yaradır. (Qlüten məhsulların saxlanma müddətini uzatmaq üçün məhsullara əlavə edilir. Qlüten şirniyyatları, çörək məhsullarını yumuşaq edir).
Dietoloq qeyd edib ki, mədə-bağırsaq problemi olanlar, xüsusən də nazik bağırsağın genetik disfunksiyası ilə bağlı problemi olanlar bu çörəyi yeyə bilməz.
Pisareva pəhrizə glutensiz, kətan toxumu əlavə edilmiş çörək, tam taxıl unundan hazırlanmış çörək və ya buxarda bişmiş yaşıl qarabaşaq yarması ilə hazırlanmış çörək daxil etməyi tövsiyə edib.
Bundan əlavə dietoloq deyib ki, çörək mayası ilə deyil, otaq tempraturunda undan təbii fermentasiya ilə əldə olunmuş maya ilə hazırlanmış məhsula üstünlük vermək lazımdır.
Yetkin bir insana gündə üç dilim düzgün hazırlanmış çörək yemək tövsiyə olunur.
Azpost.info