“Orta rütbəli rus zabitləri komandirlərinə tabe olmurlar” –Pentaqon

“Orta rütbəli rus zabitləri komandirlərinin əmrlərini yerinə yetirməkdən imtina edir və plana uyğun hərəkət etmirlər”.

Azpost.info xəbər verir ki, CNN bunu Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən yazır.

Rəsminin sözlərinə görə, işğalçılar ruhdan düşüb və nizam-intizamla bağlı problemlər yaşayırlar: “Rus orudusu üçün maddi-texniki dəstək əldə etmək çətinləşib və bu, onların hücum planlarını əhəmiyyətli dərəcədə ləngidir. Donbasda ABŞ ordusunun “birləşmiş silah manevri” adlandırdığı əməliyyatı həyata keçirməyə çalışırlar, lakin bunu bacarmırlar. Bu o deməkdir ki, siz bütün qüvvələrinizi mütəşəkkil şəkildə hərəkət etdirəcəksiniz. Onlar bunu etməyə çalışırlar, lakin uğurlu deyillər”.

Pentaqon rəsmisi deyir ki, ruslar əvvəlcə ərazini kütləvi atəşə tutmağa, bununla da ukraynalıların müdafiəsini zəiflətməyə, sonra isə ora quru qoşunlarını göndərməyə çalışırlar: “Öz doktrinalarını çox dəstəkləyirlər… Onlar üçün problem odur ki, ukraynalıların həm artilleriya, həm də uzaqmənzilli silahları var və indi onlardan daha çoxdur”.

Azpost.info

Əvvəlki məqalə

DSMF sədri pensiyalara dəyişikliyi şərh edib

Sonrakı məqalə

Xırdalanda küçədə boğazı kəsilmiş kişi meyiti tapılıb