“AzRe Təkrarsığorta”nın rəhbərliyinə yeni təyinat olub.
AzPost APA-ya istinadən xəbər verir ki, bu barədə təkrarsığorta şirkətindən bildirilib.
Məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının keçmiş sədri Orxan Bayramov təkrarsığorta şirkətinin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. O bu vəzifədə keçmiş bankir Asim Salamovu əvəzləyib.
Bununla da “AzRe”nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə üç nəfərdən ibarət olub.
Xatırladaq ki, Orxan Bayramov 2013-2017-ci illərdə ASA-nın sədri, 2017-2018-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi, 2018-2024-cü illərdə isə “BakıKart”ın operatoru – “K Group” MMC-nin direktoru vəzifəsində çalışıb.