“Oskar” ilk dəfə olaraq yeni nominasiya tətbiq edir

ABŞ-ın Kinematoqrafiya Sənəti və Elmi Akademiyasının İdarə Heyəti kastinq sahəsində nailiyyətlərə görə “Oskar” mükafatına yeni müsabiqə nominasiyası təsis edib. Bu mükafatın təltifinə 2026-cı ildən başlanılacaq.

Bu kateqoriya Akademiya tərəfindən 2001-ci ildən bəri ilk dəfə tətbiq olunur. Kastinq-direktorlar bölməsi 2013-cü ilin iyulunda yaradılıb və təxminən 160 üzvü var.

“Kastinq-direktorlar kinematoqrafiyada mühüm rol oynayır, Akademiya inkişaf etdikcə, biz qəbul etdiyimiz və dəyərləndirdiyimiz nominasiyalara kastinqi fəxrlə əlavə edirik. Biz bölməmizin kastinq-direktorlarını bu mühüm mərhələ münasibətilə təbrik edirik”, – deyə Akademiyanın baş direktoru Bill Kramer və prezidenti Canet Yanq bildiriblər.

Nominantların müəyyən edilməsi qaydası və səsvermə 2025-ci ilin aprelində elan olunacaq. Mükafatın təltifolunma xüsusiyyətləri Akademiyanın İdarə Heyəti və gələcəkdə onun inzibati rəhbəri tərəfindən müəyyən ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.