Ötən gün axtarışda olan 44 nəfər saxlanılıb –Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutulub (DİN)

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 39 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağstafanın həbsdə olan sabiq icra başçısının oğlu prokuror köməkçisi təyin edilib

Sonrakı məqalə

Rəşid Mahmudov koronavirusa yoluxub –