Ötən gün cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb –DİN

Daxili İşlər Nazirliyi (DİN) yanvarın 19-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 74 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sovet ordusunun Bakıya müdaxiləsi xalqın əzmini sındırmaq məqsədi güdürdu” –

Sonrakı məqalə

“Tərtər hadisələri olub, istintaqı təzələnib” –