Hamilə rus qadınları kütləvi olaraq xaricə gedirlər –SƏBƏB

Rusiya Dumasının spikeri Vyaçeslav Volodin özünün “Teleqram” kanalında sorğu keçirib və abunəçilərdən uşaq dünyaya gətirmək üçün xaricə gedən rusiyalı qadınlara münasibət bildirmələrini istəyib.

Azpost.info xəbər verir ki, Volodin bu cür davranışın Rusiyaya münasibətdə nə dərəcədə düzgün olduğu ilə maraqlanıb.

“2022-ci ildə Rusiyadan 25 mindən çox qadın xaricdə uşaq sahibi olub vətəndaşlıq almaq üçün Argentina, ABŞ və digər ölkələrə gedib. Eyni zamanda, xaricdə olarkən belə, Rusiyada ana kapitalından və müavinətlərdən istifadə edirlər. Sizcə, ölkəmizə münasibətdə düzgün iş görürlərmi?”, – Volodin yazıb.

Respondentlərə bu cavab variantlarını seçmək təklif edilib: “bəli”, “yox”, “fərqi yoxdur”.

Dumanın deputatı Vitali Milonov isə deyib ki, ikili vətəndaşlığı sərbəst təmin etmək üçün başqa ölkələrə uşaq dünyaya gətirmək üçün gedən rusiyalı qadınlar analıq kapitalından məhrum edilməlidir.

Azpost.info

 

Əvvəlki məqalə

Marketlərdə polietilen torbaların pulla satışına başlanıb

Sonrakı məqalə

Baş Prokurorluq “Əqrəb mövsümü” serialının aktyorlarını mükafatlandırdı –