Ötən il neçə azərbaycanlı Türkiyədə ev alıb? –Statistika Komitəsi açıqladı

Ötən il Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə 1279 mənzil alınıb.

Bu barədə ölkənin Statistika Komitəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, COVID-19 pandemiyasına baxmayaraq, 2020-ci ildə Türkiyədə mənzil satışları əvvəlki ilə nisbətən 11,2 faiz artıb. Ötən il bu rəqəm 1 milyon 499 min 316 mənzil təşkil edib. Keçən il Türkiyə ərazisində ən çox mənzil satışı İstanbulda qeydə alınıb ki, bu da ümumi rəqəmin 17,7 faizini təşkil edib. Ən az satış isə 192 mənzillə Ardahan vilayətində olub.

Bu mənzillərin 40 min 812-ni xarici vətəndaşlar alıb ki, bu göstərici əvvəlki ilə nisbətən 10,3 faiz azalıb. Türkiyədə mənzil alan xaricilərin əksəriyyətini İran, İraq, Rusiya, Əfqanıstan və Azərbaycan vətəndaşları təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Minsk Qrupunu dəstəkləyəcəyik, Qarabağ münaqişəsi tamam aradan qalxmayıb” –

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə ICESCO-nun Baş direktoru ilə görüşdü