2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycana 275 milyon 626 min ABŞ dolları dəyərində 1 milyon 267.3 min ton buğda idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə həcm baxımından 1.9% və ya 24.7 min ton, məbləğ baxımından isə 1.5% və ya 4.1 milyon ABŞ dolları azdır.
Xatırladaq ki, ötən il buğda idxalı Azərbaycanın ümumi idxalının 1.13%-nə bərabər olub.
Qeyd edək ki, ötən il Rusiya və Qazaxıstandan idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti 369.7 manat təşkil edib.