Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Oxutmuram, əl çəkin!

User 07 İyun 2022 - 14:14 (Last updated: 21 May 2025 - 20:15)
ox01

Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti Zaqatalada “Regionlarda “Məişət Zorakılığı” təbliğat kampaniyasının təşkili” adlı layihənin növbəti tədbirini keçirib.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Tədbiri açan layihə üzrə təlimçi Dilarə Əfəndiyeva toplantıya qatılan icma üzvlərinə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunla bağlı geniş bilgi verib. O, qanunun müddəaları ilə yanaşı işləmə mexanizmləri, vətəndaşların qanundan yararlanmaq üçün atacağı addımlardan danışıb. Çıxışını real faktlar üzərində quran təlimçi bildirib ki, məişət zorakılığı kimi qanunda cinayət kimi təsbit edilən hərəkətlərin bir çoxuna insanlar sıradan hadisə kimi yanaşır və münasibətlərin pozulmasına gətirən bu hərəkətlərin dayandırılması üçün zamanında adıımlar atmırlar. Bu isə problemin dərinləşməsini sürətləndirir. O, vətəndaşları narahatlıq doğuran faktları ictimailəşdirməyə, ailə institutu ilə yanaşı dövlət orqanlarının dəstəyindən yararlanmağa çağırıb. Daha sonra təlimçi seminar iştirakçılarını maraqlandıran suallara cavab verib. Gənc nəslin nümayəndələri bəzi valideynlərin övladlarının təhsil hüququndan yararlanmasına imkan verməməsini məişət zorakılığına misal kimi göstəriblər. Onların fikrincə, xüsusən məktəb bu məsələdə şagirdlərə dəstək olmalıdır. Bəzi icma nümayəndələri isə bildirib ki, ali məktəblərin paytaxtda yerləşməsi, Bakıda həyatın bölgələrlə müqayisədə çox bahalığı, universitetlərdə yataqxanaların olmaması, ailələrdən bir çoxunun isə təhsillə bağlı bu qədər xərcləri daşımaq üçün düzənli gəlirinin yoxluğu belə arzuolunmaz qərarlara gətirib çıxarır. Sonucda həm gənclər təhsil hüququndan yararlana bilmir, ixtisas sahibi olmadıqları üçün karyera imkanlarından məhrum olur, həm də məişət zorakılığı hallarının artması tendesiyası yaranır. Bu səbəbdən icma nümayəndələri ölkədə iqtisadi inkişafın, vətəndaşların rifahının yüksəldilməsini bir çox məsələlər kimi məişət zorakılığının aradan qaldırılmasının əsas açarı kimi gördüklərini vurğulayıblar. Onların fikrincə, kompleks addımlar atılmadan cəmiyyətdə normal münasibətlər sisteminin yaradılması uzun və çətin olacaq.

Post navigation

Previous: Gəlini harada seçək – hamamda, ya FB-da?
Next: Ukrayna “Hərb və sülh” romanını dərsliklərdən çıxarır

Oxşar xəbərlər

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09

xƏBƏR

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq  sitrus...
Read more about LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır? Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.