Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Öz Biznesini Qur” platforması istifadəyə verildi

User 15 Avqust 2025 - 14:30 (Last updated: 15 Avqust 2025 - 18:23)
biznes qur

“Davamlı İnkişafa Doğru” İctimai Birliyindən Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığa dəstək: “Öz Biznesini Qur” platforması istifadəyə verildi.

“Davamlı İnkişafa Doğru” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsi çərçivəsində “Öz Biznesini Qur” adlı internet səhifəsi yaradılmışdır. Yeni platformanın əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Respublikanın digər bölgələrində fəaliyyət göstərən və ya yeni biznes qurmaq istəyən sahibkarlara, startaplara və gənc təşəbbüskarlara praktiki informasiya, məsləhət və resurs dəstəyi təqdim etməkdir. İnternet səhifə vasitəsilə istifadəçilər aşağıdakı imkanlardan faydalana biləcəklər:

  •  Biznes ideyaların formalaşdırılması və inkişaf etdirilməsi üzrə metodiki materiallar;
  •  Qanunvericilik, vergi və güzəşt mexanizmləri barədə məlumatlar;
  •  Biznes qurmaq üçün ideyalar
  •  Regional bazar təhlilləri və investisiya imkanları;
  •  Uğurlu sahibkarlıq nümunələri;
  •  Onlayn məsləhət xidməti və mentor dəstəyi.

Platforma həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki yerli icmaların iqtisadi fəallığının artırılmasına, əhalinin məşğulluq imkanlarının genişləndirilməsinə və dayanıqlı biznes mühitinin formalaşmasına xidmət edir.

Layihə çərçivəsində müxtəlif təlimlər, məsləhət proqramları və sosial təşviqat kampaniyaları da nəzərdə tutulmuşdur. İnternet xidmətlərindən aşağıdakı link https://www.facebook.com/profile.php?id=61575575806526 vasitəsi ilə faydalanmaq olar.

İctimai Birliyin könüllüləri səhifəni daima nəzarətdə saxlamaqla verilən sualları cavablandıracaqlar.

“Davamlı İnkişafa Doğru” İctimai Birliyi inanır ki, “Öz Biznesini Qur” platforması işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişinə və vətəndaş təşəbbüskarlığının inkişafına töhfə verəcəkdir.

AzPost.az

Post navigation

Previous: Ali məktəblərə ixtisas seçimi ilə bağlı 45 mindən çox ərizə təsdiqlənib
Next: Azərbaycanda əhalinin sayı açıqlanıb

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.