Özbəkistan 2023-cü ildən Latın qrafikasına keçəcək

Özbəkistan 2023-cü il yanvarın 1-dən tam olaraq Latın qrafikasına keçəcək.

Azpost.info Azzərtac-a istinadən xəbər verir ki, bu haqda Özbəkistan hökuməti qərar qəbul edib.

Bununla bağlı qəbul olunan sənəddə deyilir ki, ilk növbədə kargüzarlıq işləri, şəxsiyyət vəsiqələri, İD kartlar, xarici vətəndaşlara ölkədə yaşamaq hüququ verən və vətəndaşlığı olmayanların vəsiqələri, işgüzar sənədlər, müxtəlif blanklar, təşkilat, küçə, həmçinin yer adları, reklam və elanlar latın qrafikasına keçiriləcək.

Bundan başqa, normativ-hüquqi aktlar, mərkəzi qəzetlər, elektron KİV, internet saytlar, nəşriyyatlar və poliqrafiya şirkətləri mərhələli şəkildə latın qrafikasından istifadəyə başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən fevralın 15-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Sonrakı məqalə

İtaliyanın yeni Baş naziri Mario Draqi olacaq