Özbəkistan Rusiyadan 300 min ton neft alacaq

Özbəkistan Rusiyadan 300 min ton neft alacaq.

Azpost.info xəbər verir ki, bu barədə Gazeta.uz məlumat yayıb.

“Özbəkistan “Qazpromneft”lə 2023-cü ildə 300 min ton neft idxal etmək barədə razılığa gəlib”, – ölkənin Energetika Nazirliyi Baş idarəsinin rəisi Adxamjon Ubaidullayev bildirib.

Ötən ilin dekabrında Özbəkistan və Qazaxıstan 2023-cü ildə 300 min ton Qazaxıstan neft məhsulunu tədarük etmək və 300 min ton Rusiya neftini Qazaxıstan vasitəsilə tranzit etmək barədə razılığa gəliblər. Tərəflər qaz anbarlarının modernləşdirilməsi və tikintisi, Özbəkistanı enerji ilə təmin etmək üçün Qazaxıstanda kömür istilik elektrik stansiyasının tikintisi barədə də razılıq əldə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda yeni müavinət növləri təsis edilir

Sonrakı məqalə

Azərbaycanla imzalanacaq sülh sazişi daha çox Ermənistanın xeyrinə olacaq