Özbəkistanda Qarovul Qoşunlarının komandanı həbs olunub- Nədə ittiham olunur?

Özbəkistan Daxili İşlər Nazirliyi Qarovul Qoşunlarının komandanı, general-mayor Dmitri Pan və istintaq təcridxanasının altı əməkdaşı vəzifəsindən azad edilərək həbs olunub.

Azərtac Özbəkistan Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, Dmitri Pan vəzifədən sui-istifadə maddəsi ilə istintaqa cəlb edilib.

Dmitri Panın və digər saxlanılanların işini Daşkənd şəhərinin hərbi prokurorluğu aparır.

Daxili işlər nazirinin müavini Muxiddin Curayev də işdə verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Füzuli sərhəd zastavasında atışma –

Sonrakı məqalə

“Proporsional seçki sisteminə keçid mövzusu bağlanıb”