Özünü bank əməkdaşı kimi təqdim edən şəxs vətəndaşın xeyli pulunu ələ keçirib

Bu gün Nərimanov rayonunda bir nəfər vətəndaşa xarici nömrədən zəng olunaraq “bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa” deyilməklə bank kartının məlumatları istənilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat yayıb.

E.Hacıyev bildirib ki, kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb və nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.

Qurum rəsmisi bu kimi hallardan qorunmaq üçün vətəndaşları tanımadıqları şəxslərə bank kartı məlumatlarını ötürməməyə çağırıb: “Müştərisi olduğunuz banklara sizin bank kartı məlumatlarınız lazım deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp hansı peyvəndi vurduğunu açıqlayıb

Sonrakı məqalə

Suqovuşanın işğaldan azad edilməsindən 1 il ötür