“Pakistan Azərbaycanla iqtisadi əməkdaşlıqla yanaşı, Türkiyənin də iştirakı ilə üçtərəfli formatda iqtisadi əməkdaşlığa şad olar”.
Nazir müavini bildirib ki, 30 illik işğal ərzində Ermənistan bu torpaqlarda bütün infrastrukturu məhv edib, yüz minlərlə ev, yüzlərlə xəstəxana, məktəb və digər infrastruktur dağıdılıb: “Azərbaycan hökuməti bu ərazilərin yenidən qurulması üçün təkcə bu il üçün 2.2 milyard manat vəsait ayırıb. Biz bu əraziləri yenidən canlandıracağıq, köçkünlərimiz öz evlərinə geri qayıdacaq”.
E. Məmmədov Azərbaycan Prezidentinin dost ölkələrin şirkətlərini də yenidənqurma prosesində iştiraka dəvət etdiyini diqqətə çatdırıb: “Bu prosesdə Pakistan şirkətlərini də görməyə şad olarıq”.
Nazir müavini işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınmasına start verildiyini bildirib: “Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin tez zamanda – növbəti ilin yanvar ayında yerləşdirilməsi gözlənilir. Həmçinin bu ərazilərdə beynəlxalq hava limanları tikirik. Bildiyiniz kimi, Füzulidə hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”.