Pakistanın yeni Baş naziri bazar ertəsi məlum olacaq 

Pakistan parlamenti bazar ertəsi yeni Baş naziri seçəcək. 

Azpost.info Dawn nəşrinə istinadən bildirir ki, bu barədə Pakistan parlament sədrinin səlahiyyətlərini icra edən Ayaz Sadiq bəyan edib.

O bildirib ki, aprelin 11-də yeni Baş nazirin seçkisi üçün səsvermə keçiriləcək.

Bundan əvvəl parlament baş nazir İmran Xana etimadsızlıq göstərib.

Ayaz Sadiq bəyan edib ki, Baş nazir postuna namizədlər bazar günü saat 14.00-a (Bakı vaxtı ilə 13.00) qədər sənədlərini təqdim etməlidir.

 

 

Əvvəlki məqalə

Parlament İmran Xana etimadsızlıq göstərdi –

Sonrakı məqalə

Rusiya ordusu Mariupola hücum edib, Xarkovu atəşə tutub –