Pakistanla sərhəddə atışmada iranlı sərhədçi həlak olub

İranın sərhəd xidmətinin əməkdaşı Sistan və Bəlucistan əyalətində -ölkənin Pakistan sərhədində baş verən atışma nəticəsində həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, terror qruplaşmasının silahlıları yerli vaxtla saat 12:00-da Mircava sərhəd zastavasını atəşə tutublar.

Hadisə nəticəsində döyüş növbətçiliyində olan sərhədçi ölüb. Terrorçuların İran ərazisinə daxil olub-olmaması barədə məlumat verilmir.

Azpost.info

Əvvəlki məqalə

Əziz dostum və qardaşım İlham Əliyevlə Qarabağa, Füzuliyə səfər böyük arzularımdan biri idi

Sonrakı məqalə

SOCAR AQŞ, Türkiyə Neft Şirkəti ilə yeni müqavilə imzalayıb