Pandemiya zamanı etiraz edənlər güllələnəcək- Bu ölkədə

Filippin prezidenti Rodriqo Duterte koronavirus pandemiyası səbəbi ilə hökumət tərəfindən tətbiq edilən karantin zamanı etiraz edənlərə hərbi silahlardan atəş açılmasına göstəriş verib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Philippine Star” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, prezident Keson Siti şəhərində bir neçə yoxsul vətəndaşın hakimiyyətdən əhaliyə koronavirusa qarşı lazımi ərzaq, dərman və fərdi qoruyucu vasitələrin paylanmasını tələb edərək etiraz aksiyası keçirməsindən sonra belə sərəncam verib.

“Polisə və orduya əmr edirəm. Həyatınıza təhlükə yaradan münaqişə və ya dava-dalaş varsa, onları törədənlərə atəş açın”, – prezident bildirib.

Öz növbəsində, Filippin polisinin rəhbəri Arçi Qamboa prezidentin fikrini mübaliğəli şəkildə bildirdiyini və hüquq-mühafizə orqanlarının mülki şəxsləri öldürmək niyyətində olmadığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin bu gün yenidən xalqa müraciət edəcək

Sonrakı məqalə

Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi