“Park Yasamal” layihəsi niyə təhvil verilmir? – “Vəd verib, pulumuzu alıblar, amma…”- VİDEO

“Kristal Abşeron” şirkəti tərərfindən inşa edilən “Park Yasamal” yaşayış kompleksi təhvil verilmir. AzPost xəbər verir ki, bu barədə vətəndaşlar şikayət edir. Təməli 2022 avqust-sentyabr aylarında qoyulan və müqaviləyə görə 2024-cü ilin 2-ci rübündə (aprel ayında) təhvil verilməli olan binada hələ də iş gedir.

“Vəd verib, pulumuzu alıblar. Ərazidə başqa binalar üçün bünövrələr qazılır, bizim işi ləng görürlər. Yaxşı işləsələr bundan sonra 2-3 aylıq iş var. Belə davam etsələr payıza çəkər. Nə qədər adam həm kirayədə qalır, həm də ipoteka ödəyir” – deyə şikayətçilər bildirib.

Həmçinin binadə təmir işlərinin də aşağı səviyyədə aparıldığı qeyd olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.