“Parlament nazirdən hər qəpiyin hesabını soruşmalıdır” –Ekspert

“Gerçək islahatlardan söhbət gedirsə, 3 sütun öz yerində olmalıdır: məsuliyyəti olan seçkili təsisatlar, proqram əsaslı büdcə mexanizminə keçid, effektiv ictimai nəzarət. Gerçək islahat üçün ən təməl institusional şərtlər bunlardır. Gerisi artıq peşəkar texnokrat məmurların görəcəyi işdir”.

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev dövlət  başçısı yanında keçirilmiş iqtisadi müşavirənin yekunlarını şərh edərkən yazıb.
“Əksmərkəzləşmə islahatı baş verməli, yerli və regional səviyyədə vətəndaşı onların səsilə formalaşan, qarşısında hesabatlı və məsiliyyətıi olan seçkili təsisatlar yönəltməlidir;

İkincisi, büdcənin səmərəsiz və israfçı xərclənməsinin qarşısını yalnız nəticə və proqram əsaslı büdcə mexanizminə keçidin təcili başa çatdırılması təmin edə bilər. Bu islahat isə 2 siyasi islahatın paralel baş verməsi ilə nəticəli olur: Birinicisi, hər bir nazir (dövlət agentliyi) öz proqram və strategiyası ilə parlamentdən vəsait istəyir, sonra da xərclədiyi vəsaitin hesabatını özü verir. Yoxsa maliyyə naziri çıxıb bütün büdcə xərcləmələrinin məsuliyyətini öz üzərinə götürmür. İkinci ən vacib məqam – büdcəyə effektiv və peşəkar nəzarət imkanı olan, hər qəpiyin hesabını soran parlament formalaşır;

Üçüncüsü, effektiv ictimai nəzarət insitutlarına hər cür şərait yaradılır. Söhbət təkcə müstəqil və azad mediadan yox, eyni müstəqilliyə malik QHT-lərdən, alternativ siyasi institutardan gedir.

Gerçək islahat üçün ən təməl institusional şərtlər bunlardır. Gerisi artıq peşəkar texnokrat məmurların görəcəyi işdir.
Ən sərt administrativ təzyiq rıçaqları belə arzuolunan nəticəni əldə etməkdə gücsüzdür” –deyə o vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çıxış göstərdi ki, Prezidentin hər şeydən xəbəri var” –

Sonrakı məqalə

Prezident İlham Əliyev həmsədrləri qəbul etdi