Parlament seçkilərində deputatlığa namizədlərin yaş həddi üzrəSTATİSTİKASI

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistikası açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında “Resurs” Analitik İnformasiya mərkəzinin sədri Rasim Quliyev məlumat verib. R. Quliyev bildirib ki, deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş bölgüsü seçkiyə böyük inam olmasını bir daha sübut edir: “Belə ki, deputatlığa namizədliyi qeydə alınan şəxslərdən 82 nəfəri 18-28, 407 nəfəri 29-39 yaş, 542 nəfəri 40-45 yaş, 221 nəfəri 56-66 yaş, 43 nəfəri isə 67 yaşdan yuxarı olan şəxslərdir. 1998-ci ildə anadan olan və hazırda 22 yaşı olan 8 nəfər də deputatlığa namizədliyini irəli sürüb. Eyni zamanda 1938-ci il təvəllüdlü 2 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

R.Quliyev qeyd edib ki, yaş həddi arasında bu cür bölgü cəmiyyətdə 1998-ci ildən sonrakı dövrdə islahatçılıq, yenilik abı-havasının mövcudluğunu göstərir: “İslahatların nəticəsini parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin sayında da görürük”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə XİN başçısı:

Sonrakı məqalə

Beş ölkənin XİN başçısı Qarabağ problemini müzakirə edib