Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək

Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Milli Məclisin komitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, bu il dekabrın 30-dək karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək. Bu dəyişiklik Milli Məclisə seçim imkanı verəcək ki, virtual iclaslar internetlə yanaşı, intranet (ölkədaxili), lokal şəbəkələrdən istifadə etməklə reallaşdırılsın.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çox istərdim ki, Milli Məclis nəhayət öz funksional fəaliyyət çərçivəsinə qayıtsın”

Sonrakı məqalə

Sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma qeydə alınmayıb