Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

PASHA Bank və NBA məsuliyyəti bir-birinin üstünə atdı

Orkhan Ali 27 İyun 2025 - 09:51 (Last updated: 27 İyun 2025 - 09:58)
pasabank

Bakıda mağaza sahibi İlkin Kazımov ictimaiyyəti narahat edən ciddi problemi gündəmə gətirib. AzPost xəbər verir ki, sahibkar şəxsi “Facebook” hesabında paylaşdığı məlumatda bildirib ki, mağazasında müştəri post-terminal vasitəsilə nağdsız ödəniş həyata keçirib. Terminal ödənişi təsdiqləsə də, nə qəbz çıxıb, nə də məbləğ gün sonu “Z” hesabatında əks olunub.

İlkin Kazımov qeyd edir ki, yaranmış vəziyyətlə bağlı əvvəlcə ödənişin qəbul olunduğu bank – PASHA Bank ilə əlaqə saxlayıb. Bank nümayəndələri isə məsuliyyət daşımadıqlarını və məsələnin terminal operatoru NBA şirkəti ilə həll olunmalı olduğunu bildiriblər. Lakin NBA şirkəti də məsuliyyətdən yayınaraq sahibkarı yenidən banka yönləndirib.

“Bu halda köçməyən vəsaitin taleyi necə həll olunur? Müştəri ödədiyini düşünür, biz isə o pulu almamışıq” – deyə mağaza sahibi bildirib. O vurğulayıb ki, belə texniki problemlər biznes etibarını və müştəri məmnuniyyətini ciddi şəkildə zədələyir.

Məsələ ilə bağlı iqtisadçı ekspertlər bildirir ki, nağdsız ödəniş zamanı əməliyyat post-terminal tərəfindən təsdiqlənsə də, qəbz çıxmadığı və bank sistemində hesabatda görünmədiyi halda vəsait müvəqqəti bloklanmış və ya texniki problem nəticəsində gecikmə ilə köçürülə bilər. Lakin belə hallarda həm bank, həm də xidmət təminatçısı məsuliyyət daşıyır və problemi birgə həll etməlidirlər.

Sahibkar İ.Kazımov məsələnin ictimai diqqətə çatdırılmasını vacib hesab edərək, aidiyyəti qurumlardan bu kimi halların qarşısının alınması üçün tədbir görməyi tələb edir. O, bildirir ki, “Müştəriyə – ödədin, amma pul bizə gəlmədi – demək nə qədər peşəkar və etibarlı yanaşmadır?”

Yazıda adı çəkilən tərərflərin mövqeyi olarda məlumat yenilənəcək.

AzPost.az

Post navigation

Previous: Dünyanın ən quraq səhrasına qar yağıb
Next: Qaxda zəlzələ olub

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.