Paşinyan Azərbaycan bayrağını yandıranı işdən qovmaq üçün göstəriş verib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasının (İTV) rəhbərliyinə Azərbaycan bayrağını yandırdığına görə stilistika studiyasının rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə tapşırıq verib.

Bu iddianı “Aysor.am” saytı mənbələrinə istinadən yayıb.

Qeyd olunur ki, İTV-yə bu cür tapşırığın verilməsi barədə telekanalın əməkdaşları məlumat veriblər.

Xatırladaq ki, A.Nikolyan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı zamanı Azərbaycan bayrağı zala gətirildikdən sonra səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz”