Paşinyan Azərbaycanla sülh sazişini Şarl Mişellə müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefonla danışıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər aprelin 6-da Azərbaycan prezidenti ilə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan və Mişel həmçinin Aİ-nin Şərq Tərəfdaşlığı əməkdaşlığı və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılması ilə bağlı sazişlərin icrasını müzakirə edib.
Mişel investisiya proqramı üzrə öhdəlikləri tam yerinə yetirməyə hazır olduğunu təsdiqləyib və layihələrin praktiki icrasına tez başlanmasının vacibliyini qeyd edib.

Əvvəlki məqalə

Üç ayda 9 milyon dollarlıq bitki və heyvan yağı ixrac edilib

Sonrakı məqalə

Bu meyvələrdən çox yemək insanı kökəldir