Paşinyan Brüsselə işgüzar səfərə gedib

Ermənistan Baş nazir Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

İki gün davam edəcək səfər zamanı Paşinyan əvvəlcə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşəcək. Daha sonra Aİ Şurasının rəhbəri və Azərbaycan prezidentinin də iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Üçtərəfli görüşün mayın 14-də günortadan sonra başlayacağı, ondan əvvəl isə Şarl Mişelin əvvəlcə Paşinyan, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi bildirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.