“Paşinyan elə bilirdi Qərb o qədər güclüdür ki, Azərbaycanı Ermənistan üçün əlverişli şərtlərlə sülh bağlamağa məcbur edə biləcək”.
Azpost.info bildirir ki, bu sözləri sabiq prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan News.am-a müsahibəsində deyib.
“O əvvəlcədən bilirdi ki, bunun qiyməti Qarabağdan imtina etməkdir. Yəni Puşinyan Qarabağdan imtina edir, nəticədə Rusiyanın mövqeyi zəifləyir, əvəzində Qərb Paşinyana öz dəstəyi ilə cavab verməli idi. Lakin Qərb onu sırf diplomatik olaraq dəstəklədi. Planın həyata keçirilməsinə gələndə Qərbin təsirinin çox məhdud olduğu ortaya çıxdı“-deyə siyasətçi vurğulayıb.
Zurabyanın sözlərinə görə, Paşinyan Rusiyanın Ukraynada məğlub olağacı təbliğatına inanmışdı. Onu inandırmışdlar ki, vahid Qərb Rusiyanın dizlərinə yerə qoyacaq. “O, Rusiyanı zəif, geri çəkilən bir vahid kimi rədd edərək Qərbə güvəndi. Gerçəklik isə təbliğata uyğun gəlmədiyi məlum oldu. Paşinyan Rusiyanın diz çökmədiyini başa düşüb, indi də təşəbbüsü öz əlmağa çalışır. Bu gün bütün dünya artıq Ukraynanın qaçılmaz məğlubiyyətindən bəhs edir “-deyə Zurabyan vurğulayıb.
Azpost.info