Paşinyan: Ermənistan və ABŞ “Tramp marşrutu” layihəsinin üzərində çalışır

Ermənistan Respublikası və ABŞ Vaşinqtonda əldə olunmuş razılaşmaların, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi üzərində çalışır.

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V “İpək Yolu” forumunda çıxışı zamanı bildirib.

“Ermənistan Respublikası ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə birlikdə “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin Ermənistan ərazisində həyata keçirilməsi çərçivəsinin müəyyən edilməsi istiqamətində çalışacaq. Biz bu məqsədə mümkün qədər tez çatmaq üçün səmimi şəkildə bütün zəruri addımları atmaq əzmimizi bir daha təsdiqləyirik”, – Baş nazir bəyan edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.