Oktyabr ayı ərzində Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.
“Sputnik-Armenia”nın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən toplantısında deyib.
O, bu qərarın ölkəsinin rəsmi mövqeyi olduğunu da sözlərinə əlavə edib(apa).