Mayın 25-də Rusiyada İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

“Mayın 25-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Rusiya tərəfdən müvafiq təklif daxil olub və İrəvan bunu qəbul edib”.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Paşinyan deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan artıq Moskvaya gedib və orada mayın 19-da azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.