Paşinyan Prezident İlham Əliyevlə görüşmək üçün Brüsselə gedəcəyini bildirib

Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə mayın 14-də Brüsseldə planlaşdırılan üçtərəfli görüşlə bağlı səfərini ləğv etmək niyyətində deyil.

“Sputnik Armenia”nın məlumatına görə, o, bu barədə hökumətin bu günkü iclasında bildirib.

Paşinyan bu açıqlamanı bu gün Zod kəndi istiqamətində baş verən silahlı toqquşmaya münasibət bildirərkən deyib.

Bununla yanaşı, o, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edir.

Paşinyanın fikrincə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin xarakter daşıyır. “Sazişi imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim sənədi mümkün qədər tez hazırlayıb imzalamaq istəyimiz var”, o deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.