Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Paşinyan “Qarabağ Ermənistandır, nöqtə!” bəyanatından peşman olub –

User 21 İyun 2025 - 14:54 (Last updated: 21 İyun 2025 - 15:22)
Azərbaycan

Azərbaycan

Ermənistan Baş naziri Paşinyan 2018-ci ildə verdiyi “Qarabağ Ermənistandır, nöqtə!” bəyanatını “ermənilərə kənardan sırınmış modelə əsasən səsləndirdiyini etiraf edib və bundan imtina olunmasını vacib sayıb. 

AzPost bildirir ki, Paşinyan bu barədə Türkiyənin erməni icması ilə görüşündə deyib.

“Mən niyə 2018-ci ildə bəyan etdim ki, “Qarabağ Ermənistandır, nöqtə!”? Bu sualın çox mənasız, şablon cavabı var. Bütün erməni diasporasının lideri kimi təqdim olunduğuma görə, belə bu bəyanatı vermişəm. Halbuki bu model bizim deyil, kənardan gətirilib”-deyə Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, erməni diasporasında belə mövqe var ki, Ermənistanın rəhbəri bütün dünyada yaşayan erməni diasposının lideri sayılır:  “Deyəsən, bu model bizim deyil, kənardan gətirilib. Mən 2018-ci ildə vətənpərvər olduğum üçün bu bəyanatı vermişəm. Çünki belə bir təsəvvür var idi ki, bütün diasporadakı ermənilərin lideri mənəm. Belə vətənpərvərlik anlayışı bizləri fəlakətə gətirdi. Mən bütün dünya ermənilərinə, məsələn Uruqvayda yaşayan ermənilərə görə məsuliyyət daşıya bilmərəm”.

“2020-ci ildə dedim ki, biz öz vətənpərvərlik modelimiz üzərində düşünməliyik. Biz başqalarına baxıb qışqırırıq: “Vəhşi, vəhşi, amma özümüzə baxmalıyıq”, deyə Paşinyan qeyd edib.

“Mən İran və İsrail erməniləri qarşısında eyni vaxtda məsuliyyət daşıya bilmərəm, bu təhlükəlidir. Eyni zamanda İran və İsrail və ya Rusiya və Ukrayna erməniləri qarşısında məsuliyyətimi necə yerinə yetirməliyəm? Ermənistanı belə bir gündəmə gətirəndə onu uçuruma doğru itələyirik. Sərhəd həddimizi bilmək çox vacibdir”, – Paşinyan vurğulayıb.

AzPost.az

Post navigation

Previous: MEDİA saytlara maliyyə yardımının nəticələrini açıqladı –
Next: Məktəbəhazırlıq qruplarına qəbul başlayıb

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.