Paşinyan sabah Moskvaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri mayın 25-də başlayacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, mayın 24-də Moskvada işinə başlayan Avrasiya İqtisadi Forumunda İrəvanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edəcək.

Mayın 25-də Rusiya prezidenti və Avrasiya İqtisadi İttifaqında iştirak edən digər dövlət başçıları Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcəklər.

Peskov daha əvvəl bildirib ki, Kreml Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında mayın 25-də Moskvada keçiriləcək danışıqların effektivliyinə ümid edir.

Azpost.info

Əvvəlki məqalə

“Üçtərəfli bəyanat çərçivəsində Ermənistan öhdəliklərini yerinə yetirmir”

Sonrakı məqalə

Ermənistan parlamentində dava düşüb