Küçə itləri velosiped sürən Paşinyana hücum edib

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvandan 126 kilometr aralıda yerləşən Gümrü şəhərində velosiped sürərkən itlərin hücumuna məruz qalıb.

Azpost.info xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

“Şəhər sakinlərindən biri dedi ki, bütün Gümrü Paşinyan Slobodka məhəlləsində velosiped sürərkən ona və mühafizəçilərinə bir sürü sahibsiz itin hücum etməsindən danışır. Onlar təşviş içində məhəlləni tərk ediblər”, – nəşr qeyd edir.

Paşinyan velosiped yürüşünün videosunu da yayımlayıb. Videoda itlərin hürüşməsi aydın eşidilir.

Nəşr qeyd edir ki, şəhərdə çoxlu sahibsiz it yaşayır və onların insanlara hücumları tez-tez baş verir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.