“Paşinyan yalan deyir…” –Serj Sarkisyandan etiraz

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağa dair danışıqlar prosesi barədə yalan danışmaqda ittiham edib.

Azadlıq Radiosunun erməni xidməti Azatutyunun yazdığına görə Sarkisyan prezident olduğu vaxtlarda Dağlıq Qarabağ probleminin mərhələli həllinə dair danışıqlar aparmadığını deyib: “Baş nazir postunu tutan şəxs ya bu vaxtadək mərhələli həllə paket həlli arasındakı fərqi başa düşməyib, ya da əsas silahını – manipulyasiyanı işə salıb”.

“Baş nazir postunu tutan şəxs parlamentin bugünkü iclasında etdiyi çıxışda bir daha özünün yalançı və manipulyator mahiyyətini göstərdi. O yenə də yalan danışır və Dağlıq Qarabağ məsələsi də daxil cəmiyyəti manipulyasiya edir”-deyəSarkisyan izah edib ki, paket həll bir gündə, bir saatda həyata keçirilə bilməz və onun özü üçün də mərhələlər lazımdır.

Eks-prezident deyib ki, onun sözlərini hətta ATƏT-in Minsk qrupu həmsədrləri də təsdiq ediblər.

Nikol Paşinyan aprelin 13-də parlamentdə etdiyi çıxışında demişdi ki, 1998-ci ildə birinci prezident Levon Ter-Petrosyanı Qarabağ probleminin mərhələli həlli variantına getmək istədiyinə görə devirən qüvvələr, 20 ildən sonra elə həmin nöqtəyə çataraq özlərindən sonra masa üzərində mərhələli, Paşinyanın təbiri ilə “hipermərhələli” variantı qoyun gediblər.

Əvvəlki məqalə

Milli Məclisin iclasının gündəliyi dəyişib

Sonrakı məqalə

Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin son durumunu açıqladı