Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin son durumunu açıqladı

““Moskva” raket kreyserində yanğın lokallaşdırılıb. Gəmi üzmə qabiliyyətini saxlayır”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kreyserin limana çəkilməsi üçün tədbirlər görülür. Yanğının səbəbləri araşdırılır”, – məlumatda bildirilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Qara dənizdə olan “Moskva” kreyserini “Neptun” raketi ilə vurduğunu açıqlayıb.

Azpost.info

Əvvəlki məqalə

“Paşinyan yalan deyir…” –

Sonrakı məqalə

Azərbaycan-Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri dəyişilir