Paşinyana sui-qəsd hazırlayan 7 nəfər həbs edilib –İrəvanın sabiq meri də saxlanılıb

İrəvanın sabiq meri Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamqda günahlandırılıb.

Azpost.info bildirir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bir neçə gün bundan əvvəl həbs olunmuş keçmiş İrəvanın sabiq meri Albert Bazeyanı  Nikol Paşinyanın fiziki məhvinə qəsddə və hakimiyyəti ələ keçirmək cəhdində ittiham edir.

MTX keçmiş meri və daha 7 nəfəri hakimiyyəti qəsb etmək cəhdində günahlandırır.

Məlumatda deyilir ki, Bazeyan və “Hərbi vətənpərvər səlibçilər” adlı təşkilatın 7 üzvü həbs ediliblər. Məlumatda qeyd olunur ki, onlar özlərindən asılı olmayan səbəblərə görə planlarını həyata keçirə bilməyiblər.

Bazeyanın vəkili Gevorq Melikyan Azatutyuna deyib ki, keçmiş Yerevan merinə qarşı ittihamda onun Paşinyanı məhv etməyə imkan tapmadığı bildirilir.

Əvvəlki məqalə

250 milyon ildən sonra Yer yaşamaq üçün yararsız olacaq –

Sonrakı məqalə

Neftimiz 99 dollara satılır