“Paşinyanın istefası ilə bağlı tələbimizi bir daha təsdiq edirik” –

Baş Qərargah yeni bəyanat yaydı
25 Fevral 2021 - 15:33

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ikinci bəyanatla çıxış edib.

Azpost.info bildirir ki, Baş Qərargah öz mövqeyini dəyişmədiklərini bəyan edib.

“25 fevral səhər yayılmış bəyanat kiməsə qarşı ünvanlanmayıb və heç kimin təzyiqi ilə verilməyib. Bu general və zabitlərin qəti mövqeyidir. Məqsəd birdir –Bu böhranlı vəziyyətdə Vətəni xilas etmək. Qəti mövqeyimizi bir daha təsdiq edirik”.

Xatırladaq ki, Baş Qərargah səhər verdiyi bəyanatda baş nazir Paşinyanın və hökumətin istefa verməsini tələb edib.