“Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik” –Türkiyənin xarici işlər naziri

“Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik”.

Bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

O, harada olursa olsun, Türkiyənin çevrilişlərə qarşı olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nikol Paşinyan ölkəni tərk etməyəcəyini bildirib

Sonrakı məqalə

“Paşinyanın istefası ilə bağlı tələbimizi bir daha təsdiq edirik” –