Paşinyanın istefasını tələb edən etirazçılar hökumət binasının qarşısına toplaşıb

10 Dekabr 2020 - 11:57

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar hökumət binasının qarşısına toplaşıblar.

“News.am”ın verdiyi xəbərə görə, hazırda binada Nazirlər Kabinetinin iclası keçirilir.

Hökumət binasının qarşısına polis əməkdaşları yerləşdirilib.

“Nikolsuz Ermənistan” şüarı səsləndirən etirazçılar Baş nazirin istefasını tələb edən plakatlar qaldırıblar.