Paşinyanın korteji qəza törədib –

Xəsarət alanlar var
10 May 2021 - 13:05

Yerevanda Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın kortejinə daxil olan avtomobil qəza törədib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qeyd olunur ki, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Bundan başqa, iki avtomobilin toqquşması zamanı mopedlə pitsa daşıyan kuryerə də ziyan dəyib.