“Paşinyanın KTMT sammitində iştirakı ilə bağlı qərar qəbul edilməyib”- XİN rəhbərinin müavini

İrəvan Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT sammitində iştirakı ilə bağlı qərar qəbul etməyib.

Azpost.info xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

“Paşinyanın sammitdə iştirakı ilə bağlı qərar qəbul olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, – nazir müavini bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin qurumdan çıxması müzakirə olunmur: “Hazırda biz KTMT-dən çıxmaqla bağlı hüquqi prosesi müzakirə etmirik”.

Sammit noyabrın 23-də Minskdə keçiriləcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.