Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Paşinyanın qələbəsi Ermənistanda sülh kursuna dəstəyi təsdiqlədi” –

User 08 İyun 2026 - 09:51 (Last updated: 08 İyun 2026 - 09:51)
pasinyan
Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir.
Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh diplomatiyasının uğurudur. Bu diplomatiya Ermənistanda müasir, çağdaş tarixində ilk dəfə olaraq optimal, yeganə mümkün doğru yolu açmağa imkan verdi.
Erməni cəmiyyəti artıq ikinci dəfə sülh gündəliyinə, müharibə əleyhinə səs verdi, birinci dəfə 2021-ci il 20 iyun seçkilərində Baş nazir Paşinyan 54% səs aldı. Bu gün Ermənistanda yerli vaxtla saat 06:30-a olan məlumata görə Ermənistan Mərkəzi Seçki Komissiyası bülletenlərin 55,95 faizi emal olunub. İlkin nəticələrə əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 50,86 faizlə liderlik edir.
Ermənistan cəmiyyəti bu seçimi etməklə revanşist ideyaları ən azı tarixin indiki mərhələsində aktual saymadığını nümayiş etdirdi. Baş nazir Paşinyan məhz fəal şəkildə sülh təşəbbüsləri ilə çıxış etməklə, cəsarətli şüarlar səsləndirəndən, Azərbaycanla, Türkiyə ilə kommunikasiyaların açılması təşəbbüsləri, ticarət başlanandan sonra onun elektoral dəstəyi sürətlə artmağa başladı. Erməni cəmiyyəti bu təşəbbüslərə, şüarlara, sülhə səs verdi. Bu düşüncə dəyişikliyi əsasən Azərbaycanın sülh diplomatiyası ilə möhkəmləndi, Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərlə başlayan sülh gündəliyi uzun müddət davam edən güclü müqavimətdən sonra yeganə real doğru seçim kimi ilk olaraq erməni elitası tərəfindən, daha sonra isə cəmiyyət tərəfindən qəbul edildi, dərk olundu. Üç il əvvəl isə indiki hakim komanda tam fərqli mövqedən çıxış edirdi, ABŞ fərqli prizmadan yanaşırdı, Brüssel, Aİ ayrıcı xətlər çəkirdi.
Yaxın keçmişə baxanda Azərbaycanın, Prezident İlham Əliyevin sülh uğrunda necə əzmlə mübarizə aparıdığı daha aydın görünür. Bütün təzyiqlərə, vədlərə baxmayaraq Azərbaycan rəhbərliyi real, dayanıqlı sülh perspektivini güzəştə, getmədi, sülh gündəliyini qorudu. Bu gün Paşinyan məhz Azərbaycanın qoruduğu, İrəli apardığı sülh gündəliyi ilə qalib gəlir. Əlbətdə zərərin yarısından qayıtmaq da xeyirdir, erməni cəmiyyəti sülhü seçməklə ilk növbədə öz müstəqil dövlətçiliyini qorumağı seçdi, vassal taleyindən imtina etdi. “Prioritet” Sosial iqtisadi Araşdırmalar Mərkəzi İB öz təhlillərində erməni cəmiyyətinin sülhü seçəcəyini, ən azı tarixin indiki mərhələsində bir daha vassallığa qayıtmaq istəməyəcəyini arqumentlərlə əsaslandırırdı və bildirirdi ki, seçkilərin nəticələri pozitiv dalğa yarada bilər.
Azərbaycanın əsas gözləntisi seçkilərdən dərhal sonra Ermənistan rəhbərliyinin Qarabağ separatçılarının, bu cinayətkarların bütün tör-töküntülərinin rəsmi olaraq təmizlənməsidir. Xarici nümayəndəliklər bağlanmalıdır, bütün maliyyələşdirmə, dəstək göstərilməsi dayandırılmalıdır. Ermənistan hökumətinə məxsus bütün növ əmlak geri alınmalıdır, diasporaya açıq mesaj verilməlidir ki, Qarabağ separatçılarının, bu cinayətkarların tör-töküntülərinin hansısa formada dəstəklənməsi dövlətə, hakimiyyətə qarşı addım kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək. Bu, həmçinin erməni cəmiyyətinin real olara yeni tarixi səhfə açmaqda qərarlı olmasının bariz əlaməti olacaq.
Digər vacib məsələ, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar praktik addımlar atılması, sərhədlərin delimitasiya və demarkasiya işlərinin sürətlənməsi, sülh sazişinin imzalanması üçün konstitusiya islahatlarının həyata keçirilməsi, xaricdə ölkəmiz əlyehinə hər hansı ideoloji işin və aparılmasına dəstək verilməməsidir.
Zaur İBRAHİMLİ

AzPost.az

Post navigation

Previous: Tokayev Paşinyanı qələbə münasibətilə təbrik etdi
Next: Ən çox istifadə olunan şifrələr açıqlandı

Oxşar xəbərlər

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.